

Türkiyədən Rusiyaya gedən yük gəmisi İstanbulda saya oturub
Türkiyədən Rusiyaya gedən "Petra Star" adlı yük gəmisi mühərrikdə yaranan nasazlıq səbəbindən İstanbulun Beykoz sahilində saya oturub.
"Seanews.az" xəbər verir ki, hadisə dünən gəmi İstanbuldan Rusiyanın Qafqaz limanına doğru hərəkət edirkən baş verib.
Dərhal gəminin yerləşdiyi əraziyə Türkiyənin Sahil Mühafizə Baş İdarəsinə məxsus 19 xilasedici gəmi cəlb olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır