Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

İndoneziyada qəza nəticəsində 5 nəfər dənizçi itkin düşüb

“Tanto Bersinar” konteyner gəmisinin və “Mitra Jaya Xix” yedək gəmisinin toqquşması nəticəsində 5 nəfər dənizçi itkin düşüb.

“Seanews.az” xəbər verir ki, hadisə İndoneziyanın Qresik limanı yaxınlığında baş verib.

Palma yağı ilə yüklənmiş barjanı yedəyə almış gəmi hadisə nəticəsində batıb. Gəmidə olan 8 nəfər heyət üzvünün 3 nəfərini xilas etmək mümkün olsa da, digər 5 nəfər itkin düşüb.

Hadisə nəticəsində ciddi zədələnmiş barjadan dənizə sızıntı baş verib. “Tanto Bersinar” konteyner gəmisi qəzadan ziyansız çıxıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır