• Bakı, 2021-02-28,
Seanews
Heyder Eliyev

Azərbaycan vətəndaşının Nigeriyada öldürülməsinə görə cinayət işi açılıb

"Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, 23 yanvar 2021-ci il tarixində Nigeriya sahillərində üzən Türkiyənin “Boden denizcilik” şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilmib".

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İlkin araşdırma nəticəsində müəyyən edilib ki, 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxsin Azərbaycan Respublikasının vətəndaşı, 09.06.1976-cı il təvəllüdlü, gəmidə 2-ci mühəndis vəzifəsində çalışan Fərman Əli oğlu İsmayılovun olduğu müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq zəruri istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Hazırda ölkəmizin Xarici İşlər Nazirliyi, habelə xarici ölkələrin aidiyyəti qurumları ilə intensiv danışıqlar aparılmaqla, qeyd olunan cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır.

"Baş Prokurorluq tərəfindən təxirəsalınmadan Liberiyanın Baş Prokurorluğu ilə əlaqə yaradılmış və qarşı tərəf bu məsələnin araşdırılmasında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib", - Mətbuat xidmətindən bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır