Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Reyn çayında istismar üçün nəzərdə tutulan yeni tanker inşa ediləcək

Kimyəvi və təhlükəli yüklərin daşınması ilə məşğul olan “Stolt Tankers” şirkəti “BASF” kimya şirkəti ilə bağlanmış müqaviləyə əsasən, aşağı su səviyyələri də daxil olmaqla, Reyndə istismar ediləcək yeni tanker tikməyi planlaşdırır.

“Seanews.az” xəbər verir ki, inşası Hollandiyanın “Mercurius Shipping Group” gəmiqayırma zavodunda planlaşdırılan gəmi 2022-ci ildə istismara veriləcək.

Reyn çayı kimyəvi maddələrin daşınması üçün Avropada əsas su yoludur. Quru havalarda suyun səviyyəsi aşağı olduğundan gəmilər tam yüklənmir. Bu isə nəqliyyat xərclərinin artmasına və yüklərin tədarükünün təxirə salınmasına gətirib çıxarır.

Yeni gəmi dərinliyi 1.60 metr olan yerdə belə, 650 ton yük daşımaq qabiliyyətinə malik olacaq.

Tankerin uzunluğu 135, eni isə 17.5 metr olacaq. Orta su səviyyəsi ilə gəmi təxminən 2500 ton daşıya biləcək. Bu, ənənəvi çay gəmilərinin yükündən iki dəfə çoxdur.

Gəmi son nəsil dizel generatorları ilə çalışan üç elektrik mühərriki ilə təchiz ediləcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır