Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Çilidəki zəlzələdən sonra Antarktikadan 160-dan çox insan təxliyə edilib

Güclü zəlzələdən sonra yarana biləcək sunami təhlükəsi ilə bağlı Çilinin Antarktika Bölgəsində yerləşən bazalardan 160-dan çox insan təxliyə edilib.

“Report”un məlumatına görə, bu barədə məlumat Çilinin Milli Fövqəladə Hallar İdarəsinin tvitter səhifəsində yer alıb.

Qeyd olunub ki, 7 bal gücündə zəlzələdən sonra Frey bazasından 80, O'Hiqqins bazasından 40, Fildes bazasından 10, Prat bazasından 31 nəfər təxliyə olunub.

İdarənin məlumatına görə, evakuasiya Fildes bazasına bitişik beş xarici bazadan da həyata keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır