Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Türkiyə Yunanıstanın İon dənizi ilə bağlı qərarına münasibət bildirib

Türkiyə Yunanıstanın İon dənizindəki ərazi sularının məsafəsini 12 dəniz milinə qaldırılmasına dair qərarının Egey dənizinə hər hansı təsirinin olmadığını bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstanın ərazi sularının genişliyini İon dənizində 12 dəniz milinə qədər artırması və Yunanıstan Xarici İşlər naziri Nikos Dendiasın açıqlamalarına yazılı cavab verib.

Aksoy "Yunanıstanın ərazi sularını İon dənizində 12 dəniz milinə çıxarmaq qərarı Mora yarım adasının cənubunda sona çatır və Egey dənizinə heç bir şəkildə təsir etmir" deyib.

Xüsusi coğrafi şərtlərin hakim olduğu yarı bağlı Egey dənizində Türkiyənin həyati haqq və maraqları olduğunu vurğulanan açıqlamada "Bu dənizdə ərazi sularının həm ölkəmizin, həm üçüncü ölkələrin səfər azadlığını və açıq dənizə çıxışı məhdudlaşdıracaq şəkildə təktərəfli olaraq genişlədilməməsinin vacibliyi barədəki mövqeyimiz hər kəsin məlumudur. Bu mövqeyimizdə hər hansı dəyişiklik yoxdur" ifadəsi yer alıb.

TRT Azərbaycan


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır