Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Çin dərin sualtı dəniz-mədən platforması inşa edib – VİDEO

Çinə məxsus “China National Offshore Oil Corporation (CNOOC) Ltd” şirkəti dərin sualtı dəniz-mədən platforması ilə təchiz edilib.

“Seanews.az” xəbər verir ki, “Deep Sea №1” adlanan yeni platforma Çində inşa olunub.

Yeni platforma Haynan adasının yaxınlığındakı “Lingshui 17-2” qaz yatağının işlənməsi üçün Şandun əyalətindən Sarı dəniz yolu ilə göndərilib. Yeni platformanın təyinat nöqtəsinə fevralda çatacağı və iyunda işə başlayacağı planlaşdırılır.

Platformanın suya oturumu 110 min tondur. İstismarına 150 il zəmanət verilən platformanın maksimal neft saxlama rezervuarı 20 min kub metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır