Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Yunanıstanın Korinf kanalı torpaq sürüşməsi nəticəsində bağlanıb

Yunanıstanın Korinf kanalında torpaq sürüşməsi baş verib. Bununla əlaqədar olaraq Korinf və Saronik körfəzləri üzrə nəql edən gəmilər qeyri-müəyyən müddətdə buradan istifadə edə bilməyəcəklər.

"Seanews.az" xəbər verir ki,  hazırda ərazidə geotexniki işlər aparılır. Bu araşdırmalardan asılı olaraq kanalın yenidən açılması vaxtı müəyyən olunacaq.

Qeyd edək ki, Korinf kanalı 1880-1893-cü illər arasında inşa edilib, Korinf körfəzi ilə Saronik körfəzini birləşdirir. Kanalın uzunluğu 6,5 kilometr, eni 25 metrdir. Kanal vasitəsilə ildə 11 min gəmi naviqasiya edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır