Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Pandemiya səbəbindən heyət dəyişikliyinə qoyulmuş məhdudiyyətlər sərtləşdirilə bilər

Böyük Britaniya və Cənubi Afrikada koronavirus pandemiyasının yeni dalğası geniş yayıldığından bir sıra ölkələr heyət dəyişikliyi prosedurunu yenidən sərtləşdirmək qərarına gəliblər.

“Seanews.az” xəbər verir ki, “Danica Crewing Services” şirkətinin direktoru Henrik Yensen bu barədə açıqlama verib.

Direktorun sözlərinə görə, yeni tələblərin icrasında bir sıra problemlər yaranıb. Belə ki, test məntəqələrinin sayı kifayət qədər olmadığından dənizçilərin mütəmadi testdən keçməsi çətinləşib. Digər çətinlik isə dənizçilərin vətəndaşlığı ilə bağlıdır.

Hazırda Beynəlxalq Dəniz Təşkilatı (İMO) heyət dəyişikliyinə və yeni tərtib edilmiş sanitar-epidemioloji qaydalara beynəlxalq səviyyədə riayət olunması üçün yeni təkliflər planı hazırlayır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır