Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

İsveç Danimarka ilə birgə iki ölkəni birləşdirəcək yeni sualtı tunel tikmək istəyir

İsveç Danimarka ilə ölkəni birləşdirən yeni sualtı tunel tikmək istəyir.

AZƏRTAC İsveç mətbuatına istinadla xəbər verir ki, Skone cənub bölgəsinin regional şurası İsveç hökuməti ilə İsveç Helsinqborq və Danimarkalı Helsinqor arasında yeni tunelin layihələşdirilməsi və tikilməsi sahəsində əməkdaşlığın başlanğıcı barədə elan edib. Skone regionunda iddia edirlər ki, perspektivli layihə həm maliyyə cəhətdən səmərəli olacaq, həm də iki ölkənin gələcək inkişafına təkan verəcək.

Skone hökuməti layihənin həyata keçirilməsi üçün Danimarka dövləti ilə də tərəfdaşlıq etmək arzusunu ifadə edib. Bu cür əməkdaşlıq artıq bu gün İsveçlə Danimarkanı birləşdirən Eresunn körpüsünün tikintisində yer alıb. Lakin hakimiyyət hesab edir ki, Kopenhagen və Malmö arasında populyar Eresunn körpüsü iki ölkə arasında axının artması ilə əlaqədar uzaq gələcəkdə Danimarka ilə İsveç arasında yeganə bağlayıcı halqa olmamalıdır.

Hazırda plan dəmir yolu və avtomobil hərəkəti üçün iki tuneldən ibarət olan halqanın yaradılmasını nəzərdə tutur. Bu layihə ilə yanaşı, hakimiyyət orqanları bir sıra digər layihələri də nəzərdən keçirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır