Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

İranın Hərbi Dəniz Qüvvələri təlimlərə başlayıb

Yanvarın 13-də İranın Hərbi Dəniz Qüvvələri Oman dənizində və Hind okeanının qərb hissəsində “Dəniz iqtidarı-99” adlı hərbi təlimlərə başlayıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, hərbi təlimə helikopter və pilotsuz uçuş aparatları da cəlb edilib. Hərbi gəmilər şərti düşmənin hücumunun qarşısını alınması taktikası üzrə manevrlər həyata keçirirlər. Gəmilərdəki raketlərin hədəfi vurmaq imkanları yoxlanılır və şərti düşmən gəmiləri vurulur.

Admiral Həmzə Əli Kavyani təlim haqqında jurnalistlərə açıqlamasında bildirib ki, bu gün, həmçinin tamamilə İran istehsalı olan “Markan” adlı yeni hərbi gəmi suya salınaraq Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək. Bu hərbi gəmi İran mütəxəssisləri tərəfindən hazırlanıb və helikopter daşımaq imkanına malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır