

Konqoda gəmi batıb, ölənlər var
Konqo Demokratik Respublikasında bir gəminin batması nəticəsində 25 nəfər həlak olub.
"Seanews.az" xəbər verir ki, bu barədə Tshopo vilayətinin qubernator müavini Maurice Abibu Sakapela bildirib. O qeyd edib ki, Kisanganidən Basokoya gedən gəmi həddindən artıq yük səbəbindən batıb.
Qəza nəticəsində 25 nəfərin həyatını itirib. Daha 19 nəfərin axtarışları isə davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır