Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

ABŞ-da iki ədəd okeanoqrafik gəmi inşa ediləcək

ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) iki yeni okeanoqrafik gəminin inşasına dair sifariş verib.

“Seanews.az” xəbər verir ki, “Oceanographer” və “Discoverer” adlanan yeni gəmilərin inşasının ümumi dəyəri 178 milyon dollardır.

Gəmilərin layihələndirilməsi və inşası “Thoma-Sea Marine Constructors” şirkəti tərəfindən icra ediləcək.

Gəmilərin həm okeanoqrafik tədqiqatlar, həm də dəniz həyatı, iqlim və okean ekosistemlərinin araşdırılması üçün istifadə edilməsi planlaşdırılır. Hər gəmidə 20 nəfərdən ibarət heyət və 28 nəfər alim çalışacaq.

Gəmilərin dizel mühərrikləri “EPA Tier IV” standartlarına cavab verir ki, bu da öz növbəsində tullantıların sıfra endirilməsini təmin edir və ətraf mühitə olan zərərin qarşısını alır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır