• Bakı, 2021-01-25,
Seanews
Heyder Eliyev

Kamçatkaya məxsus balıqçı gəmisi idarədən çıxıb

İçində 60 nəfər balıqçı olan Kamçatkaya məxsus balıqçı gəmisi Oxot dənizində idarəsini itirib.

“Seanews.az” xəbər verir ki, yanvarın 6-da yerli vaxtla saat 15:00-da Oxot dənizində 660 ton dondurulmuş balıq daşıyan balıqçı gəmisindən həyəcan siqnalı daxil olub.

Hadisə Oktyabrsk qəsəbəsindən 130 kilometr aralıda baş verib. Yaxınlıqda olan “Xotin” gəmisi köməyə gəlib. “Sibirski” adlı xilasedici gəmi də hadisə yerinə göndərilib.

Qəzanın balıqçı torunun gəminin valına dolaşması səbəbindən baş verdiyi bildirilir. Hadisə nəticəsində gəminin gövdəsinə ziyan dəyməyib və xəsarət alan yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır