Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Nigeriyada polis işçilərini daşıyan gəmi batıb

Nigeriyanın Yenagoa bölgəsindəki Oporoma gölündə göyərtəsində 11 nəfər polis olan gəmi batıb.

"Seanews.az" xəbər verir ki, bu barədə Bayelsa əyalətinin Polis idarəsindən bildirilib.

Axtarış-xilasetmə işləri nəticəsində 6 polisin cəsədi tapılıb. Hazırda axtarış işləri davam edir.

Həyatını itirənlərin sayının arta biləcəyi ehtimal olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır