Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Azov dənizində “General Həzi Aslanov” neft tankerində partlayış olub, 3 dənizçi itkin düşüb

Azov dənizində Rusiya bayrağı altında üzən üzən “General Həzi Aslanov” neft tankerində baş vermiş yanğından sonra iki dəfə partlayış olub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə zamanı gəmidə 13 heyət üzvü olub. Onlardan 10 nəfəri xilas edilib. 

FHN-in Krasnodar diyarındakı regional şöbəsinin yaydığı məlumata görə, dənizçilərdən digər 3 nəfərinin axtarışı davam etdirilir.

Tankerdə yanğın neft məhsullarının buxarından yaranıb. Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker “Qafqaz” limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır