Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Rusiya Kalmıkiya Muxtar Respublikasının Lagan şəhərində yeni liman inşa edəcək

Rusiya hökuməti federal nəqliyyat, dəmir yolu, informasiya və kommunikasiya infrastrukturunun inkişaf planına əsasən Kalmıkiya Muxtar Respublikasının Lagan (Port Lagan) şəhərində yeni liman inşa edəcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, “Port Lagan” limanın inşası ideyası 2007-ci ildən bəri müzakirə olunur, 2019-cu ilin iyun ayında limanın inşası barədə niyyət məktubu təsdiqlənib. Yeni limanın ümumi proqnozlaşdırılan yükləmə gücü 12,5 milyon ton olacaq ki, bu da Rusiyanın Xəzər dənizində yerləşən digər 3 limanının – Həştərxan, Mahaçqala və Olyanın ümumi tutumundan 5 milyon ton çoxdur.

Yeni limandan Rusiyaya Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) vasitəsilə İran, Hindistan və Çin ilə ticarətini artırmağa imkan verəcək. Bəzi İran və Çin şirkətləri layihəyə investisiya qoymaqda maraqlıdır.

Hazırda Rusiyanın Xəzərdəki əsas limanı Həştərxan limanının böyük gəmilərlə işləməyə imkan vermədiyi, Volqa çayının ağzının davamlı olaraq lilləndiyi üçün beynəlxalq standartlara cavab vermədiyi bildirilirdi.

Qeyd edək ki, son illərdə Xəzər dənizindəki Rusiya limanlarının ümumi trafik səviyyəsinin azalması, hökuməti bölgədə rəqabət qabiliyyətini qorumaq üçün yeni liman layihələri üzərində işləməyə təşviq edir. Rusiyanın Xəzər limanları üçün digər problem isə qışda donmasıdır, Laqan Limanı tikilsə, yeganə buzsuz limanı olmaqla bu maneəni aradan qaldıracaq və bütün il boyu yüklərin qəbul edilməsinə imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır