• Bakı, 2020-11-25,
Seanews
Heyder Eliyev

"Kanuni" qazma gəmisi İstanbula çatıb

Türkiyənin "Fatih" və "Yavuz" qazma gəmilərindən sonra "Kanuni" gəmisi də İstanbul Haydarpaşa limanı sahillərinə çatıb.

"Seanews.az" xəbər verir ki, gəmi Qara dənizdəki qazma işlərinə qatıacaq. 

"Kanuni" gəmisi 2012-ci ildə inşa edilib. 11.400 metr dərinliyə və 3000 metr qazma qabiliyyətinə sahib "Kanuni" 6-cı nəsil ultra dəniz qazma gəmisi kimi də tanınır. Uzunluğu 227, hündürlüyü 114, eni 42 metr olan gəmi 13 oktyabrda Mersin şəhərinin Taşucu Limanından yola düşüb və 16 oktyabrda Çanaqqalanın Bozcaada bölgəsinin dəniz sahilinə orta hesabla 8 mil sürətlə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır