• Bakı, 2020-10-26,
Seanews
Heyder Eliyev

İqlimşünasların Qrenlandiyada aşkarladıqları yeni rekord soyuğun 29 yaşı var

Şimal Yarımkürəsinin ən isti yayı ərəfəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) tədqiqatçıları iqlim məlumatlarını araşdırarkən, çox dəhşətli yeni bir faktla qarşılaşıblar. Belə ki, 22 dekabr 1991-ci il tarixində Qrenlandiyanın buz təbəqəsi zirvəsindəki uzaqdan idarə olunan meteostansiyada Şimal Yarımkürəsi üçün rekord göstərici, -69,6 °C hava temperaturu, qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə nat-geo.ru. saytının yaydığı məlumatda bildirilib.

BMT-nin Ümumdünya Meteoroloji Təşkilatı (BMT) tərəfindən elan edilən yeni rekord, bundan əvvəl 1892-ci və 1933-cü illərdə Sibir Arktikasının iki müxtəlif şəhərində qeydə alınmış -67,8 °C rekordunu üstələyir. Müqayisə üçün qeyd edək ki, bu ekstremal minimumların hər üçü NASA-nın məlumatına görə, təxminən, -63 °C təşkil edən Marsdakı orta temperaturdan aşağıdır.

“Bu yaxınlarda təsdiqlənmiş soyuq hava rekordu hazırki iqlim dəyişikliyi dövründə planetdəki kəskin ziddiyyətlər barədə xəbərdarlıq mesajıdır”, – deyə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) baş katibi Petteri Taalas söyləyib.

Bu minimumlar ekstremal maksimumlarla ziddiyyət təşkil edir ki, bu da qlobal istiləşmə sayəsində ildən-ilə yeni rekordların yaranmasına səbəb olur. Məsələn, 1892-ci ildə bundan əvvəlki aşağı rekord göstəricinin qeydə alındığı Sibirin Verxoyansk şəhərində bu ilin iyun ayında temperatur tarixdə ilk dəfə olaraq 38 °C olub ki, bu da Qütb dairəsi üçün yeni rekord temperatur göstəricisi deməkdir.

Qrenlandiyada ən aşağı yeni rekord göstərici ÜMT-nin Cenevrədəki hava və ekstremal iqlim hadisələri arxivində çalışan “iqlim detektivləri” qrupu tərəfindən aşkarlanıb. Rekord hava temperaturunu 1990-cı ildən 1992-ci ilə qədər Qrenland buzlaq təbəqəsinin ən yüksək zirvəsinə yaxın yerdə fəaliyyət göstərmiş Klink (Klinck) avtomatik meteostansiyası qeydə alıb. ÜMT-nin detektivləri bu barədə məlumat verməzdən əvvəl bu nəticələri təsdiqləyiblər.

ÜMT-nin arxivi 2007-ci ildə yaradılıb və bu illər ərzində burda xeyli sayda oxşar meteoroloji faktlar toplanıb. 2020-ci ilin iyun ayında arxivin tədqiqatçıları 31 oktyabr 2018-ci il tarixində baş vermiş ildırımın aşkarlandığını bəyan ediblər.

Qeyd edək ki, dünyanın bu ən uzun ildırımı Braziliya və Argentina boyunca 709 kilometrlik bir ərazidə çaxıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır