Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Finnlines” şirkəti ikinci hibrid Ro-Ro gəmisini inşa edir

Çinin “Nanjing Jinling Shipyard” zavodunda “Finnlines” şirkəti üçün ikinci Ro-Ro tipli gəminin inşasına start verilib.

“Seanews.az” xəbər verir ki, hazırda inşa edilən gəmi “Finnlines” şirkətinin sifariş etdiyi üç Ro-Ro tipli gəminin ikincisidir. Daha iki ədəd “Ro-Pax Superstar” tipli gəmilərin inşası da nəzərdə tutulub. Layihələrin icrasına 500 milyon avro xərclənəcək.

Ro-Ro gəmilər litium-ion batareyalarla təchiz olunacaq. Bu da gəminin tullantılarını sıfıra endirəcək.  Ekoloji üstünlüklərini nəzərə alaraq gəmilər “Finneco 1”, “Finneco 2”, “Finneco 3” adlandırılacaq.

Yaxın iki il ərzində istismara verilməsi planlaşdırılan gəmilərin uzunluğu 238, eni 34 metr, dedveyti isə 17.4 min tondur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır