Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Türkiyə Qara dənizə ikinci qazma gəmisini göndərir

Türkiyə kəşfiyyat işlərinin aparılması məqsədilə ikinci qazma gəmisini Qara dənizə göndərəcək.

"APA-Economics"in məlumatına görə, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez "Twitter" hesabında yazıb.

"Hazırlıq işlərini davam etdirən "Kanuni" gəmimiz Qara dənizdə qazma işlərinə başlayacaq və "Fatih"in gücünə güc qatacaq", - nazir qeyd edib.

Xatırladaq ki, bu ilin iyul ayında "Fatih" qazma gəmisi Türkiyənin Qara dənizdəki "Tuna-1" sahəsində qazma işlərinə başlayıb. Sözügedən gəmi türk sahillərindən təxminən 100 dəniz milində 320 mlrd. kubmetr həcmində qiymətləndirilən təbii qaz yatağı kəşf edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır