Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

Dəniz quldurları rusiyalı dənizçiləri Nigeriyada girov götürüblər

Laqos limanından 30 kilometr aralıda “Water Phoenix” gəmisinə dəniz quldurları hücum edib. Quldurlar 2 nəfər rusiyalı dənizçini girov götürüblər.

“Seanews.az” xəbər verir ki, girov götürülənlərdən biri gəminin kapitanıdır.  18 nəfərdən ibarət heyətin 11 nəfəri Filippin, 7 nəfəri isə Rusiya vətəndaşıdır. Hadisə zamanı heyətin digər üzvləri xəsarət almayıb.

Hazırda Rusiya səfirliyi və Nigeriyanın hüquq-mühafizə orqanları girov götürülmüş dənizçilərin xilas edilməsi üçün tədbirlər həyata keçirir.

Məlumata görə, sözügedən ərazidə son 12 ayda artıq 13-cü hücum faktı qeydə alınıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır