Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Dünyada ilk dəfə dəniz qazma buruğuna detal dron vasitəsilə çatdırılıb - VİDEO

“Mongstad” bazasından Şimal dənizindəki “Troll-A” istehsalat platformasına xilasedici qayığın 3D printerdə çap olunmuş detalı dron vasitəsilə çatdırılıb.

“Seanews.az” xəbər verir ki, 5 min fut hündürlükdə uçan dronun təyinat nöqtəsinə çatması 1 saat vaxt aparıb. Bu vaxt ərzində dron təqribən 80 kilometrlik yolu qət edib. Əməliyatın icra olunmasında “Camcopter s-100” dronundan istifadə edilib. 

“Schiebel” şirkətinin istehsal etdiyi bu dronu əməliyyatdan öncə 70 saat ərzində sınaqdan keçiriblər. Uzunluğu 4 metr olan dronun çəkisi 100 kiloqrama bərabərdir. Saatda 150 kilometr sürətlə uçan dron 50 kiloqrama qədər yükü daşıya bilir.

Logistika əməliyyatlarından başqa dron qurğulara texniki baxış və sahilə nəzarət üçün də istifadə edilə bilər.

Yüksək keyfiyyətli kameralar ilə təchiz edilmiş dron axtarıç və xilasetmə əməliyyatlarında da istifadə ediləcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır