Hindistan gəmiqayırma zavodunda kran aşıb - VİDEO
Hindistanın “Hindustan Shipyard Limited” (HSL) gəmiqayırma zavodunda kranın aşması nəticəsində 11 nəfər fəhlə həlak olub.
"Seanews.az" xəbər verir ki, bədbəxt hadisə fəhlələr krana baxış keçirən zaman baş verib.
HSL gəmiqayırma zavodu kranı 10 il öncə alıb və bir müddət əvvəl özəl şirkətə istismara verib.
Hazırda mütəxəssislər qəza yerində hadisənin başvermə səbəblərini araşdırırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır