Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-09,
Seanews
Heyder Eliyev

"Poseydoniya" dənizçilik sərgisi 2022-ci ilədək təxirə salınıb

Yunanıstanın paytaxtı Afinadakı dünyanın ən böyük dənizçilik sərgilərindən sayılan "Poseydoniya" sərgisi koronavirus pandemiyası ilə əlaqədar yaranmış qlobal vəziyyətə görə 2022-ci ilədək təxirə salınıb.

"Seanews.az" xəbər verir ki, bu barədə Beynəlxalq Dəniz Sərgisinin təşkilatçıları məlumat yayıblar.

İyunda keçirilməli olan sərgi ilkin olaraq cari ilin oktyabr ayına planlaşdırılmışdı.

Sərgi rəsmisinin verdiyi məlumata görə, dünyada yoluxmaların sayının artdığına görə gələcək barədə dəqiq proqnoz vermək mümkün deyil. Bu hal isə mövcud vəziyyətin idarəsini çətinləşdirir. Bununla əlaqədar biz sərginin keçirilməsini 2022-ci ilə qədər təxirə salmağı qərar verdik.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır