İndoneziyanın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi batıb
İndoneziyanın Hərbi Dəniz Qüvvələrinə məxsus “Kri Teluk Jakarta-541” desant gəmisi Yava dənizində batıb.
"Seanews.az" xəbər verir ki, hadisə Yava dənizinin şərq sahillərində baş verib. Qəzaya səbəb əlverişsiz hava şəraitinin olduğu bildirilir.
Gəmidə olan 55 nəfər heyətin hamısı xəsarət almadan təxliyə olunublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır