ABŞ-a məxsus gəminin alovlanması ekologiyaya ciddi təsir göstərə bilər
ABŞ-a məxsus hərbi gəminin San-Dieqo limanında alovlanması ciddi ekoloji nəticələrə gətirib çıxaracaq.
"Seanews.az" xəbər verir ki, bu barədə Alman dərgisi “Die Wel" məlumat yayıb.
Nəşr qeyd edib ki, gəminin daxilində olan bir neçə milyon ton yanacağın dənizə dağılması ciddi ekoloji təzadlara gətirib çıxaracaq.
“Bonhomee Richard” hərbi gəmisi iyulun 12-də yerli vaxtla saat 08:30-da göyərtəsində baş verən partlayışdan sonra yanmağa başlayıb.
Uzunluğu 255 metr olan “Bonhomee Richard” hərbi gəmisi 1997-ci ildə 750 milyon dollara inşa edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır