Gəmidə narkotik vasitələr aşkar edilib
Meksika hüquq-mühafizə orqanları “Es Jupiter” gəmisində ümumi çəkisi 162 kiloqram olan narkotik vasitə aşkar edib.
Kömür daşıyan gəmi iyulun 7-də Buenaventura şəhərindən Lasaro-Kardenas limanına gəlib. Gəmiyə baxış keçirilən zaman narkotik vasitələr gəminin yük hissəsində aşkar edilib.
Hazırda gəmidə istintaq gedir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır