Uellend kanalında iki gəmi toqquşub - VİDEO
Uellend kanalında “Florence spirit” və “Alanis” gəmiləri toqquşub.
"Seanews.az" xəbər verir ki, qəza yerli vaxtla saat 16:00-da baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb və gəmilərə ciddi ziyan dəyməyib. Hər iki gəmi təhlükəsiz yerə yedəyə alınıb.
uzunluğu 42 kilometr olan kanal Kanadanın Ontario əyalətinin cənubunda yerləşir. Kanal Ontario və Eri göllərini birləşdirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır