Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Sankt-Peterburqda su nəqliyyatının hərəkəti dayandırılır

Hərbi-dəniz paradının məşqləri və keçirilməsi səbəbindən Sankt-Peterburqun Böyük Limanının su bölgəsində, val tutumu 100 tondan az olan gəmilərin, kiçik gəmilərin, yelkənli idman gəmilərinin, gəzinti qayıqlarının və sürətli qayıqların (hidrosikl) hərəkətinə qadağa qoyulur.

Administrasiyasının kapitanı Aleksandr Volkovun imzaladığı qərara əsasən, adları qeyd olunmuş üzən vasitələrin hərəkətinə məhdudiyyət aşağıdakı tarixlərdə qoyulacaq:

2020-ci il - 14-15-17-18-20-24-28 iyul tarixlərində 01:30 – 05:30 saatlarında (Rusiya vaxtı ilə) “Malıy Kronştadt” dayanacağından Böyük Neva çayının Blaqoveşensk körpüsünə qədər olan əsas su keçidində;

2020-ci il - 15-18-20-24-28 iyul tarixlərində 08:30 – 12:30 saatlarında (Rusiya vaxtı ilə) Sankt-Peterburq dəniz limanının əsas su keçidindən Böyük Neva çayının Blaqoveşensk körpüsünə qədər olan əsas su keçidində;

2020-ci il – 19-23-26 iyul tarixlərində saat 07:00 – 18:00 saatlarında Sankt-Peterburq dəniz limanının əsas su keçidindəki işıqlanan 1 nömrəli buydan Böyük Neva çayının Blaqoveşensk körpüsünə qədər olan daxili akvatoriyaya qədər olan su keçidində su nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır