Liberiyaya məxsus gəmidə koronavirusa yoluxma halı qeydə alınıb
Odessa şəhərinin “Yujnıy” limanında reyddə dayanmış Liberiyaya məxsus “Sofia” gəmisində koronavirusa yoluxma halı qeydə alınıb.
"Seanews.az" xarici KİV-lərə istinadən xəbər verir ki, heyət üzvlərinin böyük əksəriyyətində virus testlərinin nəticələri müsbət çıxıb.
Gəmi və heyət artıq karantinə alınıb. Xəstələrin vəziyyətinə həkimlər nəzarət edir.
Ukraynanın Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, xarici gəmi Ukraynanın daxili sularında olduğundan heyət üzvlərinə yardım məsələsi Ukrayna Dəniz Limanları Administrasiyasının üzərinə düşür.
Reyddən sonra gəminin Nikolayev limanına üzməsi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır