Gəmi saya oturdu, heyət helikopterlə təxliyə edildi
Çinin cənubundakı Guangdong əyalətinin Zhanjiang şəhərindən təxminən 50 mil məsafədə “KAI SHENG 2” adlı yük gəmisi saya oturub.
“Seanews.az” xəbər verir ki, hadisə fırtınalı hava səbəbindən baş verib.
Gəmidə olan 12 nəfər heyət üzvünün hər biri xilas edilib. Hava şəraiti ilə əlaqədar xilasetmə qayıqları gəmiyə yaxınlaşa bilmədiyinə görə təxliyə helikopter vasitəsilə aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır