Van gölündən çıxarılan cəsədlərin sayı 19-a çatıb
Türkiyədə Van gölündə batan qayıqdakı cəsədlərin çıxarılması işləri davam etdirilir.
Indiyədək çıxarılan cəsədlərin sayı 19-a çatıb.
Qayıq batarkən orada 55-60 qaçqının olduğu bildirilir.
Milli Müdafiə Nazirliyinin birinci dərəcəli dalğıc ekipajı sualtı axtarış cihaz sistemindən istifadə etməklə qayığın 107 metr dərinlikdə olduğunu müəyyən edib.
Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır