Türkiyədə tərk edilmiş 7 gəmi satılıb
Türkiyə bayraqlı 7 sahibsiz gəmi satılıb.
"Seanews.az" xəbər verir ki, Gürpınar və Ahırkapı sahillərində lövbər atmış sahibsiz gəmilərin açıq müsabiqədə satışı dünən baş tutub.
İstanbul Liman Rəhbərliyindən verilən məlumata görə, gəmilərdən 5-i tullantı yığan, 1-i yanacaq, 1-i su daşıyan tankerdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır