Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

İranda yük gəmisi yanıb

İranın Buşehr əyalətinin Təngestan rayonunun Məhəmməd Amiri limanında yük gəmisi yanıb.

Bu barədə məlumatı əyalətin Limanlar və Dənizçilik Baş İdarəsinin Dəniz Sularında Təhlükəsizlik və Mühafizə İdarəsinin rəisi Hüccət Xosrəvi yayıb.

Onun sözlərinə görə, yanğın baş verən zaman gəmi limanda lövbər salmış vəziyyətdə olub. Yanğın 4 saatdan sonra söndürülüb. Hadisə nəticəsində insan tələfatı qeydə alınmasa da, gəmi və içərisindəki yük kül olub. 

Yanğından sonra dənizdə çirklənmə baş verdiyindən, suyun təmizlənməsi üçün əraziyə xüsusi briqada cəlb edilib. 

Hadisənin baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar başlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır