Çinin ilk batiskaf daşıyan gəmisi - VİDEO
İyunun 28-də Çinin “Tansuo-2” gəmisi gəmiqayırma zavodunu tərk edərək Xaynan əyalətinin Nanşan limanına gəlib.
"Seanews.az" xəbər verir ki, gəmi limana dənizin dərinliyində çalışan “Fendouzhe” pilotlu batiskafını çatdırıb.
“Tansuo-2” gəmisi əvvəllər mühəndis gəmisi kimi fəaliyyət göstərirdi. Lakin sonradan gəmi modernləşdirilərək batiskaf daşıyıcısı kimi fəaliyyət göstərməyə başladı. Sözügedən batiskaf dənizin 10 min metr dərinliyinə qədər enə bilir.
“Tansuo-2” gəmisinin uzunluğu 87.2, eni isə 18.8 metr, suya oturumu 6.7 min ton, sürəti isə 14.2 uzeldir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır