Qara dənizin Odessa sahil suları yaşıl kiselə çevrilib
Qara dənizin Odessa yaxınlığındakı sahəsi yaşıllaşaraq qatılaşıb.
"Seanews.az" xəbər verir ki, bu barədə Odessa bölgəsinin Dövlət Qida və İstehlak Xidmətinin səhifəsində məlumat verilib. "Odessa sahilindəki su birdən-birə kisel kimi qatılaşıb və zümrüdü rəng alıb", - məlumatda deyilir.
Üstəlik, bu dəyişikliklər sahildən çox uzaqda qeydə alınıb. Dənizkənarı çimərliklər və su ilə təmasda olanlar da yaşıllaşır.
Qeyd olunur ki, indi yüksək temperaturun təsiri altında dənizdəki yosunlar çürüməyə başlayır. Bu, dənizdəki suyun sıxlığının və rənginin dəyişməsinə səbəb olur. Bu cür suda çimmək, eləcə də balıq, midyə və digər dəniz heyvanlarını tutmaq olmaz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır