• Bakı, 2020-07-05,
Seanews
Heyder Eliyev

Malta və İtaliyaya aid gəmilərdə koronavirus aşkarlanıb

Maltaya məxsus “Minerva Oceania" tankeri Antverpen limanına daxil olandan sonra iyulun 1-nə kimi karantinə alınıb.

"Seanews.az" xəbər verir ki, buna 26 nəfərdən ibarət heyətin 15 üzvünün koronavirusa yoluxması səbəb olub. Heyətin digər üzvləri şəxsi kayutlarında özlərini təcrid edib. Virusa yoluxmuş dənizçilər hospitala yerləşdirilib.

İtaliyaya məxsus “Grande Cotonou” quru yük gəmisi Eymeydəndən (Niderland) Hamburq limanına gələndən sonra karantinə göndərilib. Bu gəmidə eyətin iki nəfər üzvü koronavirusa yoluxub. Gəmidə bütün yükboşaltma əməliyyatları saxlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır