Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Avstriya şirkəti Qara dənizin Gürcüstan hissəsində neft-qaz axtaracaq

Avstriyanın “OMV Petrom” şirkəti  Qara dənizin Gürcüstan hissəsində neft və qaz resurslarının axtarışı ilə məşğul olacaq.

Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava məlumat verib.

Onun sözlərinə görə, xarici şirkət Gürcüstanın Dövlət Neft və Qaz Agentliyinin elan etdiyi açıq beynəlxalq tenderin qalibi olub.

Nazir deyib ki, OMV şirkətlər qrupu neftin hasilatı və emalı sahəsində nəhəng şirkətlərdən biridir və Avropadakı neft şirkətləri arasında 10-cu yeri tutur.

N.Turnava şirkətlə müqavilənin yaxın zamanlarda imzalanacağını qeyd edib. 

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır