• Bakı, 2020-07-05,
Seanews
Heyder Eliyev

Tanzaniyada Tanqanyika gölündə bərə aşıb

Tanzaniyanin hissəsinə aid olan Tanqanyika gölündə sərnişin bərəsinin aşması nəticəsində ən azı 10 nəfər batıb və 51 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Rayon Polis İdarəsinin rəisi Martin Otieno bildirib ki, 60-dan çox insanı daşıyan gəmi fırtınaya düşərək, aşıb və batıb. Gəmi Sibves və İkola liman şəhərləri arasında hərəkət edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır