Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Yosunlar gəminin pərinə ilişərək hərəkətə çətinliklər yaradır

Qonur və qırmızı yosunların əksəriyyəti dərin sularda yaşayan dəniz bitkiləridir. Gözlə görünməyəndən tutmuş nəhəng formalara qədər müxtəlif ölçüdə  yosunlar olur.

Dəniz və okeanlarda daha çox rast gəlinən və suda cəngəlliklər yaradan yosunları “canlı maneə” də adlandırırlar. Gəmilərin pərlərinə ilişən yosunlar onların hərəkətində çətinliklər yaradır.

Laminariya (“dəniz kələmi”)  qonur yosunların, porfira isə qırmızı yosunların daha geniş yayılmış növüdür.

Yosunların təbiətdə və insan həyatında əhəmiyyəti az deyil. Yosunlar sudan karbon qazını udaraq suyu oksigenlə zənginləşdirir. Onlar bəzi balıqların və su heyvanlarının qidasını təşkil edir. İnsanlar yosunların  laminariya, ulva və porfira növlərindən qida kimi istifadə edirlər. Yosunlardan sənaye üsulu ilə yod, kalium duzları, sellüloza, spirt, sirkə turşusu və digər məhsullar istehsal olunur. Laminariya yosunundan sarılıq, raxit və s. xəstəliklərin müalicəsində dərman kimi istifadə olunduğu da bəllidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır