Yunanıstana məxsus sərnişin gəmisi körpüyə çırpılıb
Yunanıstana məxsus “Olympus” adlı sərnişin gəmisi Yunanıstanın Retimno ticarət limanına yan alan zaman körpüyə çırpılıb.
"Seanews.az" xəbər verir ki, Pirey – Miloş – Tira – Retimno marşrutu üzrə hərəkət edən gəminin göyərtəsində 108 nəfər sərnişin olub. Hadisə zamanı xəsarət alan olmayıb.
Qəza nəticəsində gəminin qabaq hissəsində 1.5 metr ölçüsündə çat əmələ gəlib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır