

Çinin nəhəng şirkətləri “ağıllı liman” platforması yaradacaqlar
Çində “ağıllı liman” platforması layihəsi çərçivəsində strateji əməkdaşlıq müqaviləsi imzalanıb.
"Seanews.az" xəbər verir ki, Çinin nəhəng onlayn-ticarət şirkəti “Alibaba”, “China Merchants Port” liman operatoru və “Alibaba Alipay” onlayn ödəmə sisteminin operatoru olan “Ant Group” liman operatoru bununla bağlı sənədi imzalayıb.
Müqaviləyə əsasən, tərəfdaşlar liman sənayesi və rəqəmsal texnologiyaların daha dərin inteqrasiyasını təşviq edəcək və açıq “ağıllı liman” platformasını inkişaf etdirəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır