• Bakı, 2020-07-06,
Seanews
Heyder Eliyev

Ukraynada yeni artilleriya gəmisini sınaqdan keçiriblər

Ukrayna Hərbi hava Qüvvələrinin (HHQ) kiçik zirehli artilleriya gəmiləri dənizdə yeni gəmilərdən birinin texniki imkanlarını sınaqdan keçirməklə bir sıra tapşırıqlar yerinə yetiriblər. AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Milli donanmanın kiçik zirehli artilleriya gəmiləri dənizdə bir sıra tapşırıqlar yerinə yetiriblər. Yeni gəmilərdən birinin texniki imkanlarının təcrübədə sınaqdan keçirilməsi təlimin əsas mahiyyətini təşkil edib. Bundan əlavə, düşmənin hücumuna qarşı avtomatik mühafizə sisteminin yoxlanması da donanma heyətinin yerinə yetirdiyi müxtəlif tapşırıqlar sırasında olub", - deyə məlumatda bildirilir.

Gəmilərin mürəkkəb müasir avadanlıqları obyekt şüalanmaya məruz qaldıqda ekipajı və gəminin gövdəsini qorumağa imkan verir. Bu sistem öz xüsusiyyətlərinə görə təyyarələrin qorunma sistemlərini xatırladır.

Eyni dərəcəli vacib və effektiv qorunma üsullarından biri də tüstüləmə sayılır. Döyüş meydançasındaki tanklar özlərini idarəolunan tank əleyhinə sistemlərin lazer hücumundan qorumaq üçün topa tüstü örtüklərindən istifadə edirlər. Gəmilər özləri də eyni formada nəhəng tüstü buludu yarada bilirlər. Bu, gəminin hədəfə alınmasını istisna etməkdən əlavə, onun dəqiq yerini bir müddət tam gizlətməyə imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır