Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Yəmən: Ras İsa limanında lövbər salan "Safir” tankeri böyük ekoloji fəlakətə yol aça bilər

Yəmən beynəlxalq topluma ciddi çağırış edib.

Hökumət Hudeydənin şimalındakı Ras İsa limanında lövbər salan "Safir” neft tankerinin bərpası üçün hərəkətə keçməyin vacibliyini dilə gətirib.

Yəmənin Kommunikasiya naziri Muəmmər əl-İryani tvitterdəki paylaşımında tankerin 1 milyon bareldən çox neft daşıdığını, yaranacaq hər hansı sızma və partlayış hadisəsi nəticəsində dünya tarixinin ən böyük ekoloji fəlakətinin meydana gələcəyini bildirib.

Tankerə aid iki foto paylaşan nazir bu fotoların meydana gələn eroziyanı ortaya qoyduğunu qeyd edib.

Qeyd edək ki, sözügedən gəmi 5 ildir ki, Qırmızı dənizdə lövbər salıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır