Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

San Fransiskoda yerləşən limanda güclü yanğın olub - VİDEO

Amerika Birləşmiş Ştatlarının San Fransisko şəhərindəki "Pier45" limanında yerləşən anbarda yanğın baş verib. 

"Seanews.az" xəbər verir ki, yanğın çox güclü olub və geniş ərazini əhatə edib.

San Fransisko Yanğın İdarəsindən bildirilib ki, əraziyə 125 yanğınsöndürən maşın və çoxlu sayda canlı qüvvə cəlb edilib. Buna baxmayaraq yanğın böyüyüb və limandakı “Fisherman's Wharf” körpüsü də alova təslim olub. Bundan başqa, hadisə nəticəsində limanın cənubunda yerləşən bir bina çöküb və yanğın daha iki binaya keçib.

Hadisə zamanı ölən və yaralanan olmasa da, liman tamamilə boşaldılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır