Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Tədqiqatçılar 108 ildən sonra "Titanik"dən simsiz teleqraf aparatını çıxarmaq istəyir

"Titanik" gəmisinin batması və okeanın dibinə çökməsindən 108 il sonra tədqiqatçılar ilk dəfə olaraq içərisindəki avadanlığı çıxarmaq üçün gəmini hissələrə bölmək niyyətindədir.

Onların məqsədi Marconi şirkətinin ilk istehsalından biri olan simsiz teleqrafı çıxarmaqdır. Həmin teleqrafın köməyi ilə batan gəmi yaxınlıqdakı bir gəmi ilə əlaqə qurmağa çalışıb.

Virciniya ştatının federal hakimi bazar ertəsi ekspedisiyanın aparılmasına razılıq verib və bunun "Titanik"in itirilməsindən sonra qalmış mirasın bir hissəsi olan artefaktın çıxarasılması üçün unikal fürsət" olduğunu deyib.

R.M.S. Titanic şirkəti maliyyə planı hazırlamalı və təsdiq üçün məhkəməyə təqdim etməlidir. Lakin COVID-19 pandemiyası səbəbindən bu planın həyata keçirilməsi çətin ola bilər.

Ekspedisiyanın bu yay başlaması və sualtı robotların Marconi cihazı və onun hissələrini gəmidən ehtiyatlı şəkildə çıxarması planlaşdırılır.

"Titanik" gəmisinin qəzaya uğraması nəticəsində 1500-dən çox insan həyatını itirib.

amerikaninsesi.org


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır