• Bakı, 2020-05-26,
Seanews
Heyder Eliyev

Bali oktyabrda əcnəbi turistlər üçün açılacaq

İndoneziyanın Bali adası epidemioloji vəziyyətin yaxşılaşması şərtilə 2020-ci ilin oktyabr ayında əcnəbi turistlər üçün açıq olacaq.

Bu barədə “The Jakarta Post” məlumat yayıb.

Balidə 371 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 4 nəfər virusdan ölüb. Bütünlükdə İndoneziya üzrə isə 19 min yoluxma faktı təsdiq olunub.

Qeyd olunur ki, Balidən əvvəl Yava adasındakı Cokyakarta şəhəri və Riau adası açıla bilər.

Qəzetin yazdığına görə, Bali əhalisinin 80%-i turizmdən asılıdır. Martda əcnəbi turistlərin gəlişlərinin sayı koronavirusla əlaqəli vəziyyətə görə 60% azalıb.

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır