• Bakı, 2020-05-26,
Seanews
Heyder Eliyev

Tallində yeni kruiz terminalı necə inşa edilir? – VİDEO

Tallinin köhnə limanında yeni kruiz terminalının inşası davam edir.

"Seanews.az" xəbər verir ki, terminalın bütün sualtı təməlləri artıq hazırdır, hazırda dayaq sütunlarının inşası prosesi gedir. Terminalın inşası ərazinin landşaftı və memarlıq həllinə uyğun həyata keçirilir.

Çoxfunksiyalı və ekoloji cəhətdən təmiz olan bu terminal mövcud iki kruiz körpüsünün yaxınlığında inşa edilir. Sahil boyunca piyadaların gəzintisi üçün nəzərdə tutulmuş xiyabanın da salınmağı planlaşdrılır. 

Tallinn limanı və “YIT Eesti AS” şirkəti yanvarda yeni kruiz terminalının inşasına dair müqavilə imzalayıb. Müqavilənin dəyəri 13,7 milyon avrodur. İnşaatın 2021-ci ilin iyulunda başa çatdırılması planlaşdırılır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır