Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

İribuynuzlu heyvanları daşıyan ən böyük gəmi

“Siba Ships” gəmiçilik şirkətinə məxsus “Ocean Drover” gəmisi iribuynuzlu ev heyvanlarının daşınması üçün nəzərdə tutulmuş ən böyük gəmi hesab edilir.

"Seanews.az" xəbər verir ki, Avstraliyanın ən əsas ixrac mallarından birini daşımaq üçün 2002-ci ildə 100 milyon dollara inşa edilmiş bu gəmi Avstraliyadan İndoneziyaya cəmi 4 gün ərzində 16 min baş mal-qara daşımaq imkanına malikdir.



“Ocean Drover” gəmisi Avstraliyanın “Darvin” limanından Oman, Küveyt və Meksikaya mütəmadi mal-qara daşıyır.

Heyət qrafikdən geri qalmamaq üçün yükləmə və boşaltma əməliyyatlarını mütəşəkkil və sürətli bir şəkildə aparır. Dövlət inspektorları heyvanlara veterinar baxış keçirib müsbət qərar verdikdən sonra mal-qaranın gəmiyə yüklənilməsinə başlanılır.

16 min baş mal-qara təxminən 5 min tona qədər yük deməkdir. Bu qədər heyvanın gəmiyə yüklənməsi iki sutka vaxt aparır. Heyvanlar xüsusi nəqliyyat vasitəsi olan treylerlərlə daşınır. Bir treylərə 200 baş heyvan yerləşir.

Nisbətən yaşlı heyvanlar gəminin yuxarı hissəsinə, cavan heyvanlar isə aşağı hissəyə yerləşdirilir. Əsas vacib məqamlardan biri, heyvanların daşınma zamanı xəsarət almamasıdır. Əsk təqdirdə bu maliyyə itkisinə səbəb ola bilər.

Səfərə çıxandan sonra mal-qara ilə xüsusi mütəxəssislər məşğul olur. Heyvanlar üçün gündəlik 300 ton yemək və 300 ton su tələb olunur.

Mal-qaranın təhlükəsizliyi üçün havalandırma da əsas məqamlardan biridir. Bunun üçün gəmidə 84 ventilyatordan ibarət havalandırma sistemi quraşdırılıb.



Xüsusi terminalda mal-qara boşaldıldıqdan sonra gəmi yenidən Avstraliyaya yük götürmək üçün qayıdır.



“Ocean Drover” gəmisinin texniki göstəriciləri: uzunluğu 176,7 metr, eni 31,1 metr, suya oturan hissəsi 8,2 metr, dedveyti 33,7 min ton, sürəti 18 uzeldir. Gəminin heyəti 26 nəfərdən ibarətdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır